...

“Neft Daşları” yatağında yeni quyu qazılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2016 12:22 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 1954A saylı meydançadan 2688 nömrəli quyuda qazma işlərinə başlanılıb.
“Neft Daşları” yatağında yeni quyu qazılır

Bakı. Trend:

"Neft Daşları" yatağındakı 1954A saylı meydançadan 2688 nömrəli quyuda qazma işlərinə başlanılıb. Trend SOCAR-ın saytına istinadən məlumat verir Kİ, "Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1600 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti