...

"Unicapital" yenə liderdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2016 16:47 (UTC +04:00)
“Unicapital İnvestisiya şirkəti” Açıq Səhmdar Cəmiyyəti dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə, artıq iki aydır davamlı olaraq investisiya şirkətlərinin renkinqinə başçılıq edir.
"Unicapital" yenə liderdir

Bakı. Trend:

"Unicapital İnvestisiya şirkəti" Açıq Səhmdar Cəmiyyəti dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə, artıq iki aydır davamlı olaraq investisiya şirkətlərinin renkinqinə başçılıq edir.

Mart ayının nəticələrinə görə də, Unicapital İnvestisiya şirkəti bazarın ən çox xidmət göstərən şirkətidir. Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, mart ayında şirkətin müştərilərə göstərdiyi xidmətinin həcmi 35 mln. manatı ötüb.

Nizamnamə kapitalı 100%-lik Unibank-a məxsus olan Unicapital İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında lider mövqeyini günü-gündən artırmaqdadır. Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan Unicapital İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital İnvestisiya Şirkəti istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır. İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.

Hazırda Unicapital İnvestisiya Şirkətinin nizamnamə kapitalı 300.000 manat təşkil edir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti