Bakı. Anaxanım Hidayətova - Trend:
"Şimal-Cənub" dəmir yolu layihəsi hazırda xüsusi önəm qazanır. Bunu Bakıda Trend-ə Rusiya Dəmir Yollarının sabiq rəhbəri, Andrey Pervozvannıy Fondunun Himayədarlar Şurasının sədri Vladimir Yakunin deyb.
O bildirib: "Rusiya Nəqliyyat Nazirliyində Azərbaycanla bu layihəyə başlayan zaman bu layihənin vacibliyini hətta tam başa düşmürdük. Perspektivdə beynəlxalq ticarətin, beynəlxalq əlaqələrin inkişafı, "Şimal-Cənub" layihəsinin inkişafının klasterlərinin yaradılması getdikcə daha böyük önəm kəsb edir".
V.Yakunin hesab edir ki, bu layihənin özəyində yerləşən ölkələr, o cümlədən Azərbaycan bu layihəni inkişaf etdirməli və irəli aparmalıdır.