...

Nazir: BTQ nəqliyyat dəhlizi ilin sonuna hazır olacaq (ƏLAVƏ OLUNUB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2016 12:13 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi təkcə Azərbaycan və region üçün deyil, həm də bütün Avrasiya üçün böyük önəm kəsb edir.
Nazir: BTQ nəqliyyat dəhlizi ilin sonuna hazır olacaq (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:13-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi təkcə Azərbaycan və region üçün deyil, həm də bütün Avrasiya üçün böyük önəm kəsb edir.

Trend-in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov XV Yubiley Xəzər Beynəlxalq "Nəqliyyat, Tranzit və Logistika" sərgisinin və XVI Xəzər beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat sərgisinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, bu layihə nəqliyyat dəhlizi ölkələri, millətləri və hətta sivilizasiyaları birləşdirəcək: "Mərkəzi Asiyadan tutmuş Şimali Avropa ölkələrindək bu layihəyə maraq göstərilir".

Nazir diqqətə çatdırıb ki, BTQ dəmir yolunun tikinti layihəsi ilin sonuna başa çatacaq: "Dəhlizin istismara verilməsi əsasən Türkiyə ərazisindəki işlərdən asılıdır, çünki layihə çox çətin relyefi olan ərazidə reallaşdırılır. Lakin bütün çətinliklər arxada qalıb, işlər gedir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti