...

"Excelsior Hotel Baku" oteli açıq hovuzun yay mövsümünü açıq elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2016 13:57 (UTC +04:00)
Mayın 20-dən etibarən “Excelsior Hotel Baku” oteli açıq hovuzun yay mövsümünü açıq elan edəcək.
"Excelsior Hotel Baku" oteli açıq hovuzun yay mövsümünü açıq elan edir

Bakı. Trend:

Mayın 20-dən etibarən "Excelsior Hotel Baku" oteli açıq hovuzun yay mövsümünü açıq elan edəcək.

İsti yay günlərində uzağa gedərək dincəlmək imkanı olmayanlar üçün gözəl imkan olacaq. Açıq hovuzun kənarında böyüklərlə yanaşı uşaqların da doyunca istirahət etməyi üçün hər cür şərait yaradılıb.

Açıq hovuzun bir nəfər üçün giriş qiyməti həftə içi günlər 20 AZN və həftə sonu 25 AZN təşkil edir. 6 yaşa qədər uşaqlar pulsuzdur.

"Excelsior Hotel Baku" öz gözəlliyi, yüksək səviyyəli xidməti, peşəkar personalı və eyni zamanda universal imkanları ilə fərqlənir.

Otelin imkanlarından istıfadə etməklə burada gözəl istirahət etmək olar. Oteldə istirahət edən qonaqlar müasir restoranlarda dünya, Avropa və Milli mətbəxin yeməklərindən dada bilərlər.

"Excelsior Hotel Baku"oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti