...

Cavid Qurbanov: Azərbaycan "Şimal-Cənub" dəhlizi üzrə daşımalardan ildə 70 milyon dollar qazana biləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2016 18:24 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətə başlamasının ilkin mərhələsində ildə 50-70 milyon dollar qazana biləcək. Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "The Business Year" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, dəhlizin istismara verilməsi Azərbaycan iqtisadiyyatına, o cümlədən nəqliyyat sektoruna müsbət təsir edəcək.

C.Qurbanov qeyd edib ki, dəhlizin işlədiyi ilk illərdə onun vasitəsilə ildə 2-5 milyon ton yük daşımaq planlaşdırılır: "Sonra bunu ildə 20 milyon tona çatdırmaq mümkün olacaq. Bundan başqa, bu, 2-3 min yeni iş yeri açmağa imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti