...

InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2016 13:11 (UTC +04:00)
"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

OIL

Cari ilin əvvəlindən 96% bahalaşan neft qiymətləri, Amerikada may ayının əvvəlindən etibarən azalan neft ehtiyatları fonunda daha da dəyər qazanıb.

Belə ki, Avropanın "Brent" markalı neftinin bir barel qiyməti proqnozlaşdırıldığı kimi artıq 52.80$-dək bahalaşıb. "InvestAZ" analitiklərinin fikrincə, qiymət 52$ üzərində möhkəmlənməyə davam edərsə, artım trendi 54$ və 56$ kimi davam edə bilər.

GOLD

Digər əmtəə bazarlarında isə qızılın bir unsiya qiyməti gözlənildiyi kimi 1205$ 1260$-a kimi bahalaşıb. Qiymət 1260$ səviyyəsi üzərində möhkəmləndikcə 1280/90$-a kimi bahalaşa bilər. Bu səviyyə üzərində möhkəmlənə bilməyən qiymətin isə yenidən 1230$ və 1200$-a kimi ucuzlaşa biləcəyi ehtimal olunur.

EUR

İyun ayının əvvəlindən etibarən 1.14$-a kimi 3% bahalaşan avronun dollara nisbətən qiyməti keçən həftə ərzində yenidən 1.13$-a kimi ucuzlaşıb. "InvestAZ" analitiklərinin fikrincə, qiymət 1.14$ altında qaldığı təqdirdə, 1.12$ və 1.11$-a ucuzlaşmaqda davam edə bilər. Əks təqdirdə isə qiymət yenidən 1.14$-ı yuxarı istiqamətdə qıraraq, artım trendini bərpa edə bilər. Qeyd etmək lazımdır ki, bu həftə ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarı olacaq.

GBP

Böyük Britaniya funtu keçən həftə ərzində bir neçə dəfə bahalaşsa da, 1.4774$ səviyyəsini yuxarı istiqamətdə qıra bilməyib və qiymət sözügedən səviyyənin altında qaldıqca, 1.4117$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

TRY

Keçən həftə ərzində dolların dünya birjalarında bahalaşması, Türk lirəsinin də ucuzlaşmasına səbəb olub. 2.91 lirənin üzərində möhkəmlənən Dollar/Lirə cütlüyü üzrə qiymətin qısa müddət ərzində 2.92 və 2.96 lirəyə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

"Invest-AZ İnvestisiya Şirkəti" QSC Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market-meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "Invest-AZ İnvestisiya Şirkəti" QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti