...

GCCA aqrar biznesin potensialını genişləndirməkdə Azərbaycana kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2016 11:37 (UTC +04:00)

Bakı. Azad Həsənli – Trend:

Beynəlxalq Soyuq Logistika Assosiasiyası (Global Cold Chain Alliance, GCCA) aqrobiznesin potensialını genişləndirməkdə və Azərbaycan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara çıxarılmasında Azərbaycana kömək etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə GCCA-nın beynəlxalq proqramlar üzrə vitse-prezidenti Riçard Treysi deyib.

O, Azərbaycanın aqrar məhsullarının digər ölkələrə ixracı imkanına toxunaraq deyib ki, Azərbaycan dünyada ən dadlı məhsullar istehsal edən ölkələrdən biridir: "Məsələ burasındadır ki, Azərbaycan rəqabət qabiliyyətli qiymətə məhsul istehsal edə bilərmi? Digər tərəfdən Azərbaycan nar ixracında üstünlüyə malikdir. Ölkədə istehsal olunan narlar keyfiyyətlidir və yaxşı qiymətədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti