...

"Air Astana" Bakıdan uçuşların qiymətini azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2016 13:11 (UTC +04:00)
Qazaxıstanın milli aviaşirkəti “Air Astana” noyabr ayında Bakı ilə Qazaxıstan şəhərləri arasında aviareyslərin uçuşların qiymətini aşağı salıb.
"Air Astana" Bakıdan uçuşların qiymətini azaldıb

Bakı. Yelena Kosolapova - Trend:

Qazaxıstanın milli aviaşirkəti “Air Astana” noyabr ayında Bakı ilə Qazaxıstan şəhərləri arasında aviareyslərin uçuşların qiymətini aşağı salıb. Bunu bu gün Trend-ə şirkətin Bakı ofisinin rəhbəri Daken Şemet deyib.

Onun sözlərinə görə, qiymətlər 10 faiz ucuzlaşıb.

“Air Astana” Bakıdan Almatı və Astanaya həftədə 3 dəfə uçuşlar həyata keçirir. Digər şəhərlərə uçuşlar isə bu iki şəhər üzərindən həyata keçirilir.

Şirkət nümayəndəsinin sözlərinə görə, 2017-ci ildə Qazaxıstanda baş tutacaq EXPO sərgisi ilə əlaqədar reyslərin sayının artırılması imkanı da nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti