...

Mərkəzi Bank: Azərbaycan valyuta bazarının həcmi kəskin azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2016 16:07 (UTC +04:00)
Bu ilin 9 ayında Azərbaycanın valyuta bazarında əməliyyatların 85%-i ABŞ dollarında, 15%-i digər valyutalarda aparılıb.
Mərkəzi Bank: Azərbaycan valyuta bazarının həcmi kəskin azalıb

Bakı. Azad Həsənli - Trend:

Bu ilin 9 ayında Azərbaycanın valyuta bazarında əməliyyatların 85%-i ABŞ dollarında, 15%-i digər valyutalarda aparılıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.

İcmala əsasən, valyuta əməliyyatlarının 60% hissəsi banklararası valyuta bazarında (BVB), 40%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 53%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 93%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib.

2016-cı ilin 9 ayı ərzində valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb. Belə ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,7 dəfə azalıb.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib.

2016-cı ilin yanvar-sentyabr aylarında banklar tərəfindən satılan xalis (yəni alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə azalaraq 281 milyon dollar, avro ilə əməliyyatlar isə 3,3 dəfə azalaraq 193 milyon avro təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti