...

"Bank Respublika"ya yeni sədr təyin olunub (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2017 11:22 (UTC +04:00)
Yanvarın 3-də “Bank Respublika” ASC-də Müşahidə Şurasının növbədənkənar yığıncağı keçirilib.
"Bank Respublika"ya yeni sədr təyin olunub (YENİLƏNİB)

Bakı. Trend:

Yanvarın 3-də “Bank Respublika” ASC-də Müşahidə Şurasının növbədənkənar yığıncağı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, iclas zamanı “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Xədicə Mirzəağa qızı Həsənovanın öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi, Namazov Asəf Elxan oğlunun isə yeni sədr seçilməsi qərara alınmışdır.

Həmçinin iclasda səhmdarların növbədənkənar ümumi yığıncağının tarixi 21 fevral 2017-ci il müəyyən edilib. Yığıncaqda Müşahidə Şurasının tərkibinin müəyyən edilməsi nəzərdə tutulub və bankın sabiq sədri X.Həsənovanın bankda fəaliyyətini Müşahidə Şurasınnın üzvü kimi davam etdirəcəyi planlaşdırılır.

Qeyd edək ki, Bank Respublika ötən il ərzində səhmdar kapitalını 57 milyon manatadək artırmağa nail olub və yüksək likvidlik dərəcəsini qoruyub saxlamaqla öz dayanıqlığını təsdiqləməkdə davam edir. Hazırda maliyyə sektorunda yeni yaranmış imkanlardan faydalanaraq, müştərilərə müasir bank xidmətləri təqdim etmək məqsədilə bankın yaxın illəri əhatə edən yeni strategiyası üzərində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti