...

ÜGT baş katibi: Azərbaycan gömrüyü bu gün regionda liderdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2017 11:55 (UTC +04:00)
Azərbaycan gömrüyü bu gün təkcə kadr potensialının texniki inkişafına və möhkəmlənməsinə deyil, həm də kinoloji xidmətin inkişafına diqqət ayırır.
ÜGT baş katibi: Azərbaycan gömrüyü bu gün regionda liderdir

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan gömrüyü bu gün regionda liderdir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda “İqtisadi təhlükəsizlik: ticarətin sadələşdirilməsi və təhlükəsizliyinin aspektləri” mövzusunda keçirilən elmi-praktiki konfransda çıxış edən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya deyib.

Onun sözlərinə görə, Azərbaycan gömrüyü bu gün təkcə kadr potensialının texniki inkişafına və möhkəmlənməsinə deyil, həm də kinoloji xidmətin inkişafına diqqət ayırır.

ÜGT baş katibi onu da qeyd edib ki, Azərbaycan iqtisadi təhlükəsizliyin təmin olunmasına və ticarətin sadələşdirilməsinə böyük töhfə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti