Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan və ABŞ arasında əmtəə dövriyyəsi 2017-ci ildə artım nümayiş etdirib.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
O qeyd edib ki, cari ilin 8 ayında ABŞ ilə əmtəə dövriyyəsi 416 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisini 7 faiz üstələyir.
Nazir müavini bildirib ki, bu göstərici mümkün potensiala tam uyğun gəlmir.