Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Körfəz ərəb ölkələri ilə ticarət əməkdaşlığının inkişafı üzrə iki memorandum imzalayıb.
Trend-in məlumatına görə, imzalanma mərasimi Bakıda Azərbaycanla Körfəz ərəb ölkələri Əməkdaşlıq Şurası arasındakı biznes forum çərçivəsində baş tutub.
Körfəz ərəb ölkələri Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyası ilə əməkdaşlıq haqqında anlaşma memorandumunu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və federasiyanın baş katibi Əbdülrəhim Həsən Nağı imzalayıb.
Yanbu (Səudiyyə Ərəbistanı) şəhərinin Ticarət-sənaye palatası ilə əməkdaşlıq haqqında anlaşma memorandumunu AZPROMO-nun rəhbəri R.Məmmədov və Palatanın sədri Murad Əli Alorvai imzalayıb.