...

“AzSığorta” ASC-nin yeni baş ofisinin açılışı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2018 17:54 (UTC +04:00)
Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” ASC-nin yeni müasir üslubda dizayn olunmuş baş ofisinin açılışı keçirilib.
“AzSığorta” ASC-nin yeni baş ofisinin açılışı keçirilib

Bakı. Trend:

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” ASC-nin yeni müasir üslubda dizayn olunmuş baş ofisinin açılışı keçirilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, açılış mərasimi şirkətin rəhbərliyi və media nümayəndələrinin iştirakı ilə baş tutub.

Yeni ofis çox funksional üslubda dizayn olunub və əməkdaşların rahatlığını təmin etmək üçün bütün imkanlara malikdir. Ofisin əsas üstünlüyü onun “open space” formatında olmasıdır. Bu ofis formatı əməkdaşların kommunikasiya prosesini operativləşdirir və səmərəli iş üçün bütün şəraitlə təmin olunub. Ofis müxtəlif görüş otaqlarından, gözləmə zalından, mərkəzdə əməkdaşların rahat istirahəti üçün istirahət zonasından ibarətdir.

Açılışda iştirak edən “AzSığorta” ASC-nin İdarə Heyətinin Sədri Anar Talıbov yeni ofis və yeni planlar haqqında məlumat veib: “Ötən il sığorta bazarı üçün çoxlu çağırışlar ili olmuşdur. O cümlədən bizim üçün. Lakin biz bu çətinliklərə, bazardakı çətin əməliyyat şəraitinə baxmayaraq bir sıra vacib və cəsarətli qərarlar verdik. Bu gördüyünüz ofis də bizim yeni planlarımızın, yeni biznes strategiyamızın bir hissəsidir. Yeni ofis elə layihələndirilib ki, şirkətdə əməkdaşlarımızın rahat, səmərəli və müasir iş şəraitində işləməsi üçün bütün imkanlar var. Bu isə bizə qarşıda qoyduğumuz yeni hədəflərə çatmağımıza kömək edəcək”.

Ofisin açılış mərasimindən sonra media nümayəndələrinin sualları cavablandırılıb.

“Azsığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. Şirkət Azərbaycanın bütün regionlarında filiallar və nümayəndəliklərlə təmsil olunub. 2011-ci ilin dekabr ayından etibarən isə İcbari Sığorta Bürosunun üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti