Bakı. Azad Həsənli - Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnozu yaxşılaşdırıb.
Trend-in məlumatına görə, bu barədə bankın "Regional Economic Prospects" adlı yenilənmiş hesabatında deyilir.
Belə ki, AYİB cari ildə Azərbaycan ÜDM-nin artımı üzrə proqnozlarını 2-dən 2,5 faizədək artırıb. 2019-cu ildə isə bank artımı 3,5 faiz səviyyəsində proqnozlaşdırır.
Hesabatın müəllifləri qeyd edirlər ki, 2018-ci ilin birinci rübündə iqtisadi artım illik hesablamada 2,3 faiz sürətlənib. Buna qeyri-neft ÜDM-nin 2,9 faiz artması səbəb olub.
Bildirilir ki, ölkədə illik inflyasiya 2017-ci ildəki 12,9 faizdən bu ilin birinci rübündə 4 faizədək enib. Cari əməliyyatlar hesabı isə defisitdən profisitə keçib.