...

Kənd təsərrüfatı məhsullarının istehsalçıları öz məhsullarını onlayn rejimdə sata biləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2018 07:25 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları öz məhsullarını evdən çıxmadan ölkənin istənilən nöqtəsində müştərilərə sata biləcək
Kənd təsərrüfatı məhsullarının istehsalçıları öz məhsullarını onlayn rejimdə sata biləcək

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları öz məhsullarını evdən çıxmadan ölkənin istənilən nöqtəsində müştərilərə sata biləcək. Bunu “aqrar.az” onlayn platforması vasitəsilə etmək mümkün olacaq.

Layihənin rəhbəri Ülkər Seyidova Trend-ə bildirib ki, yeni yaradılmış portal kənd təsərrüfatı məhsullarının satışı prosesini mərkəzləşdirməyə və sadələşdirməyə imkan verəcək:

“Sahibkarlar pulsuz qeydiyyatdan keçməklə məhsulların satışı barədə məlumatı şəkillərlə birlikdə yerləşdirə bilərlər. Satıcılar üçün məhsulun yerləşdirildiyi müddət ərzində qiyməti dəyişmək imkanı nəzərdə tutulub”.

Ü.Seyidovanın sözlərinə görə, saytda ilkin, emal olunmayan məhsul yerləşdirilir. Elanları ölkənin istənilən regionunun sakinləri yerləşdirə bilər.

O əlavə edib ki, layihə malların çatdırılmasını nəzərdə tutmayıb:

“Logistika məsələləri ilə şirkətlər özləri məşğul olur, portalın əsas vəzifəsi isə alıcını satıcı ilə əlaqələndirməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti