...

"AzSığorta" ilin birinci yarısını xalis mənfəətlə bitirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2018 10:32 (UTC +04:00)
"AzSığorta" ilin birinci yarısını xalis mənfəətlə bitirib
"AzSığorta" ilin birinci yarısını xalis mənfəətlə bitirib

Bak. Trend:

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” 2018-ci ilin birinci yarısını mənfəətlə bitirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, ilk yarımillikdə şirkətin xalis mənfəəti 4 230 084 manat təşkil edib.

2018-ci ilin yanvar-iyun ayları ərzində “AzSığorta” ASC-nin əsas əməliyyat, investisiya, subroqasiya və digər gəlirlər daxil olmaqla ümumi gəlirləri 16 577 403 manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2 239 130 manat və ya 16% çoxdur.

Bu ilin ilk yarısında “AzSığorta” ASC-nin xərcləri isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 36% azalaraq 11 289 798 manat təşkil edib. Xatırladaq ki, 2017-ci ilin 1-ci yarısında bu göstərici 17 689 542 manat olub. 2018-ci ilin ilk altı ayının 5 550 591 manatı əsas əməliyyat xərclərinin, 5 241 343 manatı işlərin aparılmasına, 497 863 manatı isə sair xərclərin payına düşür. Nəticədə vergiqoyulmadan əvvəl mənfəət 5 287 605 manat, xalis mənfəət isə 4 230 084 manat təşkil edib.

ASC İdarə Heyətinin sədri Anar Talıbov bildirib: "Hazırda cari ilin 1-ci rübündəki müsbət tendensiyanın davam etdiyini müşahidə edirik. Ümumilikdə birinci yarımillikdə 4 milyon xalis mənfəət ilk növbədə şirkətin bütün sahələrdə paralel olaraq inkişaf etdiyini göstərdi. Hazırda bu dinamikanın stabilliyini saxlayaraq müsbət göstəriciləri daha da artırmaq niyyətindəyik".

Qeyd edək ki, ölkənin öndə gedən sığorta şirkətlərindən olan “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. “Fitch” beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını və maliyyə dayanıqlılığı üzrə kredit reytinqini "B" səviyyəsində təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti