...

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçılarının sayı artıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2018 13:30 (UTC +04:00)
Qazaxıstan və Rumıniyanın logistika şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TMTM) qoşulub
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçılarının sayı artıb (FOTO)

Bakı. Taleh Mursaqulov - Trend:

Qazaxıstan və Rumıniyanın logistika şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TMTM) qoşulub.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, marşruta Rusiya şirkətləri də maraq göstərir. O bildirib ki, nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyəti üçün iştirakçıların sayı, şəffaflıq və vahid tariflər önəmlidir.

C.Qurbanov TMTM Beynəlxalq assosiasiyasının növbəti iclası zamanı əlavə edib ki, tərəflər yeni tarifləri və qiymətlərin bazar şərtlərinə uyğunlaşdırılmasını müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti