...

"Mitsubishi Electric" və "AUX"un rəsmi distribyutoru "NewCond" "Aquatherm Baku" sərgisində iştirak edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2018 17:17 (UTC +04:00)
"Mitsubishi Electric" və "AUX"un rəsmi distribyutoru "NewCond" "Aquatherm Baku" sərgisində iştirak edir.
"Mitsubishi Electric" və "AUX"un rəsmi distribyutoru "NewCond" "Aquatherm Baku" sərgisində iştirak edir (FOTO)

Bakı. Trend:

"Mitsubishi Electric" və "AUX"un rəsmi distribyutoru "NewCond" "Aquatherm Baku" sərgisində iştirak edir.

NewCond şirkətindən Trend-ə verilən məlumata görə, şirkət 23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq İstilik, Havalandırma, Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2018” sərgisində iştirak edir.

Şirkət 1997-ci ildən etibarən məşhur Yapon brendi Mitsubishi Electric, 2017-ci ildən isə Çinin ən nəhəng brendlərindən biri olan AUX kondisionerlərinin rəsmi distribyutorudur. NewCond müştərilərə üç satış salonundan keyfiyyətli və peşəkar xidmətlər göstərir.

Hazırda NEWCOND şirkətinin fəaliyyətinin əsas istiqamətləri isitmə, soyutma və havalandırma sistemləridir.

NewCond A2216 (Mitsubishi Electric) və A2130 (AUX) nömrəli stendinlərində öz innovativ və yüksək texnoloji məhsullarını təqdim edir. Bunların sırasında ilin ən zövqlü və eleqant yeniliyi olan Premium İnverter MSZ-LN seriyalı Mitsubishi Electric divar tipli kondisionerləri xüsusi yer tutur. Müasir dizaynı və geniş funksionallığı ilə seçilən, +46°C istidə və -20°C şaxtada işləyən LN seriyalı kondisionerlər Avropada ən prestijli sayılan Good Design Award premiyası ilə təltif olunub. "Premium İnverter" seriyası enerjiyə 40% qənaət etməklə 2017-2018-ci ilin ən qənaətçil kondisioneri hesab edilir.

NewCond şirkəti 2017-ci ildə AUX brendinin Azərbaycanda ilk və tək rəsmi distribyutoru olaraq, bu brendə aid iqlim avadanlıqlarını ölkə bazarına təqdim etdi. Qısa bir zaman ərzində keyfiyyəti ilə öz yerini tutmuş AUX kondisionerləri bu gün öz sinifinə aid kondisionerlər sırasında rahat funksionallığı, davamlılığı və sərfəli qiyməti ilə ön mövqe tutmaqdadır.

Əlavə olaraq, stendin qonaqları keyfiyyətinə görə dünya liderlərindən biri olan Mitsubishi Electric və AUX brendlərinin digər məişət, sənaye, yarımsənaye kondisionerləri, multi sistem və multizonal VRF sistemləri ilə yaxından tanış olma imkanına malik oldular.

Şirkətin təcrübəli mütəxəssisləri maraqlanan hər kəsə məhsulların texniki özəlliyi haqqında ətraflı məlumat təqdim etməyə hər zaman hazırdırlar. Bu isə öz növbəsində peşəkar məsləhət alma imkanı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti