Bakı. Trend:
2019-cu ildə Azərbaycan xaricdə on ticarət evi açacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
O bildirib ki, Çində bir neçə ticarət evi açıla bilər.
Y.Abdullayev əlavə edib ki, gələn il həmçinin azərbaycanlı sahibkarların Çin və Cənubi Koreyada beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulub.