Bakı. Trend:
Bankların adi ipoteka kreditləri üzrə maksimal marjası dörd faiz təşkil edir.
Trend-in məlumatına görə, bunu İpoteka və Kredit-Zəmanət Fondunun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev KİV üçün məşğələ zamanı deyib.
O qeyd edib ki, güzəştli kreditlər üzrə marja üç faizdir.
"Fondun cəlb olunan vəsaitlərinin dəyəri adi faizlər üzrə üç faizdir, bir faiz isə fondun müəyyən etdiyi marjadır", - deyə o bildirib.