...

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2022 19:41 (UTC +04:00)
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar artıb
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin 9 ayı ərzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yük daşımalarının həcmi 2,7 dəfə artıb.

Trend-in cümə günü verdiyi məlumata görə, bu barədə TBNM beynəlxalq assosiasiyasının iclasında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə həmin marşrutla 1,084 milyon ton yük daşınıb.

Təkcə Qazaxıstandan ixrac daşımaları isə 7,9 dəfə artıb.

Qeyd edək ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dənizdən keçərək Avropa ölkələrinə uzanır. TBNM beynəlxalq assosiasiyasına 8 ölkədən 20 şirkət daxildir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti