...

Orta Dəhliz vasitəsilə daşımaların həcmi 77 faiz artıb - Səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2022 12:29 (UTC +04:00)
Orta Dəhliz vasitəsilə daşımaların həcmi 77 faiz artıb - Səfir
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin doqquz ayı ərzində Orta Dəhliz vasitəsilə daşımaların həcmi 77 faiz artıb.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Cenevrədə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin dəhlizin buraxılış gücünün artırılması məsələsi gündəmdədir və artıq tərəfdaşlarla birgə müvafiq planlar var.

"Enerji məsələsinə gəldikdə, hamı bilir ki, Azərbaycan qaz və neft hasil edən ölkədir və biz Avropanın əsas tədarükçülərindən biriyik. Biz yaxın zamanlarda qaz tədarüklərini iki dəfə artırmağı planlaşdırırıq ki, bu da avropalı tərəfdaşlarımız üçün çox vacib olacaq", - səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti