Bakı. Trend:
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Avrasiya bazarları üçün yeni imkanlar açır.
Trend-in məlumatına görə, bunu oktyabrın 28-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev MDB Hökumət başçıları şurasının üzvləri ilə görüş zamanı deyib.
"Bu məsələ daha da aktuallaşır və hesab edirəm ki, MDB üzv dövlətləri mövcud potensialın inkişafı, xüsusilə də Şimal-Cənub dəhlizi vasitəsilə İran, Fars körfəzi və Hindistana çıxış imkanlarını təmin etmək üçün işlərini davam etdirəcək", - K.Tokayev deyib.
(Tərcümə: Orxan Nəbiyev)