...

KASPARIN "GENERAL MEHMANDAROV" GƏMİSİNDƏ TÜSTÜLƏNMƏ BAŞ VERİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2005 14:27 (UTC +04:00)

Bu gün saat 07:00-da Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə (KASPAR) məxsus, təmirdə olan "General Mehmandarov" cəmisində tüstülənmə baş verib. KASPAR-ın sədr müavini Tofiq Mənsurovun Trend ə verdiyi məlumata görə, gəmidə yanğın olmayıb. "Bu yalnız təmir işləri zamanı baş verən tüstülənmə olub. Hazırdan onun nəticələri aradan qaldırılır. Zərərçəkən yoxdur " - deyə o qeyd edib.

Hadisə yerində olan KASPAR-ın mətbuat katibi Vüqar Mirsadıq Trend ə böildirib ki, səhər gəmidə qaynaq işləri aparılıb və qığılcımın düşməsi nətisində tüstülənmə baş verib.

"Baş verən hadisənin aradan qaldırılmasında KASPAR-ın, Səbail və Nəsimi rayonlarının yanğın xidmətləri iştirak edib. KASPAR-ın və yanğın xidmətinin işçiləri arasında zərərçəkən yoxdur ", - deyə o qeyd edib.

V.Mirsadıq bildirib ki, hazırda hadisə yerində komissiya işləyir. Tədqiqatların başa çatmasından sonra baş verənlərini səbəbləri məlum olacaq. "Hələlik dəyən ziyanın miqdarı məlum deyil. O təhqiqatlardan sonra müəyyən ediləcək ", - deyə o, sonda bildirib.

Xəbər lenti

Xəbər lenti