...

NAXÇIVANDA QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN FƏALİYYƏTİ TƏŞKİL OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2005 13:48 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Azərböaycan Respublikası prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin Naxçıvan Muxtar Respublikasında (NMR) təşkil olunması barədə sərəncam imzalayıb.

Trend in məlumatına görə, NMR üzrə Azərböaycan Respublikası prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İdarəsi yaradılır. Dövlət Komitəsinə Naxçıvanda Milli Depozit Mərkəzinin müvafiq struktur yarımbölməsinin yaradılması üçün zəruri tədbirlər qəbul etmək tapşırılıb.

Azərbaycan Nazirlər Kabinetinə Dövlət Komitəsi İdarəsinin fəaliyyətinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2005 və 2006-cı illər üzrə və sonrakı illər üzrə dövlət büdcəsindən vəsaitin ayrılması üçün bir ay vaxt verilib. NMR-nın Nazirlər Kabinetinə bir ay ərzində Naxçıvan üzrə Azərböaycan Respublikası prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi İdarəsinin inzibati bina ilə təmin edilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti