...

2005-ci ilin dövlət büdcəsi hesabına xarici borcların ödəniloməsi 83,2% yerinə yetirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 13:45 (UTC +04:00)

2005-ci il ərzində büdcə vəsaitləri hesabına xarici borcların ödənilməsinə nəzərdə tutulan 93 mlrd manata qarşı 77,4 mlrd manat yönəlib. Bu barədə "Trendə" Maliyyə Nazirliyindən məlumat verilib. Bu 83,2% təşkil edir. Hər il büdcədən dövlət zəmanəti ilə alınan, lakin kredit öhdəliklərinin yerinə yetirilməsində çətinlik çəkən Səhiyyə Nazirliyi kimi idarələr əldə etdiyi kreditlərin ödənilməsi üçün vəsait ayrılır.

Bundan əlavə, ötən ildən Dünya Bankının kreditlərin ödənilməsinə başlayıb. DB kreditləri üzrə faizlərin ən aşağı olmasına baxmayaraq ' 2005-ci ildə ən böyük - 28 mlrd manat ödəniş onun üçün nəzərdə tutulub. Ümumilikdə, onlar 20 layihə üzrə kreditlərin və onların faizlərinin ödənilməsini üçün nəzərdə tutulub. 1995-ci ildə ayrılmış kreditlər üzrə əsas borcun qaytarılması "İnstitusional quruculuğa texniki yardım" ' "Neft sektoruna texniki yardım " və "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması " layihələri üçün nəzərdə tutulub.

2005-ci ildə digər ən böyük ödəniş Mərkəzi Klinik Xəstəxananın yenidənqurulması üçün 15'5 mlrd mana¬t həcmində ayrılmış kreditin Almaniyanın AKA bankına verilib.

Yeddi layihənin reallaşdırılması üçün İslam İnkişaf Bankı tərəfindən ayrılmış kreditlərin ödənilməsi üçün dövlət büdcəsində 12 mlrd manat vəsait nəzərdə tutulub. Onlardan 3 layihə üzrə - Ələt- Qazıməmməd yolunun tikintisi ' Mil-Muğan kollektorunun və Xanlar kanalının yenidən qurulması üzrə əsas borcların ödənilməsi aparılır. Digər layihələr üzrə kreditlər uzunmüddətli olduğundan onların əsas borclarının ödənilməsi vaxtı hələ çatmayıb.

Xəbər lenti

Xəbər lenti