...

"Xəzərdənizneftdonanma" xüsusi radio-naviqasiya avadanlığının alınması üçün tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2006 19:48 (UTC +04:00)

ARDNŞ-in "Xəzərdənizneftdonanma" İdarəsi xüsusi təyinatlı radio-naviqasiya avadanlığının alınması üçün açıq tender elan edib.

Trend bildirir ki, tenderin şərtlərinə görə, avadanlıq sifarişçiyə müqavilənin bağlandığı vaxtdan sonra keçən 45 gün ərzində çatdırılmalıdır. Müqavilə haqqı bir il ərzində qismən həyata keçirilməlidir. Tenderdə iştirak üçün ərizə bu il martın 27-dən gec olmayaraq təqdim edilməlidir. Tender təkliflərinin qəbulu aprelin 3-dək keçiriləcək. Tender paketləri aprelin 4-də açılacaq.

Tender təkliflərinin qiymətləndirilməsində ödəmə şərtləri, göndərmə müddəti nəzərə alınaraq avadanlığı daha aşağı qiymətə təqdim edən, spesifik təcrübəyə malik şirkətlərə üstünlük veriləcək.

Xəbər lenti

Xəbər lenti