...

Dövlət Gömrük Komitəsinin rəhbəri Gömrük Məcəlləsinin təkmilləşdirilməsi üzrə baş məsləhətçi ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2006 18:41 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev aprelin 25-də Gömrük Məcəlləsinin təkmilləşdirilməsi üzrə baş məsləhətçi Kolin Stringerı qəbul edib. Bu barədə Trend agentliyi DGK-ın rəsmi məlumatına istinadən xəbər verir.

Məcəllənin təkmilləşdirilməsi istiqamətində iş DGK, BMT-nin İnkişaf Proqramı və Avropa Birliyi ilə birgə aparılır.

Görüş zamanı A.Əliyev bildirib ki, gömrük sahəsində qanunverici bazanın təkmilləşdirilməsini intensivləşdirmək lazımdır. DGK sədri xarici mütəxəssisi 14 illik sistem haqqında məlumatlandıraraq, Gömrük Məcəlləsinin 1997-ci ildə qəbul olunduğunu və xarici ölkələrin bazası əsasında hazırlandığını vurğulayıb. Son 9 il ərzində Azərbaycan gömrük sahəsində müxtəliv konvensiyalara qoşulub. Məhz bu baxımındın qanunverici bazanın təkmilləşdirilməsinə ehtiyac var.

Öz növbəsində, qonağ məcəllənin yeni variantının beynəlxalq standartlara uyğun hazırlanacağına ümidvar oluduğunu bildirib. Eyni zamanda K.Stringer qeyd edib ki, təcrübəli gömrük mütəxəssisləri ilə birgə həyata keçirilən işin müvəfəqiyyətlə başa çatmasına əmindir.

Görüşdə həmçinin, hər iki tərəfin maraqlandıran bir sıra məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti