...

Xalqbank nizamnamə kapitalını 10 mln. AZY-ə qədər artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2006 18:49 (UTC +04:00)

Xalqbank səhmdarların ümumi yığıncağının 2005-ci ilin dekabr qərarına əsasən, səhmlərin yerləşdirilməsini başa çatdırıb. Trend agentliyinin məlumata əsasən, nəticədə bankın nizamnamə kapitalı 10 mln. AZY-ə qədər artırılıb.

Kapitalın artımı yeni səhmdarların (fiziki və hüquqi şəxslərin) cəlb edilməsi hesabına gerçəkləşdirilib.

Xalqbank 2004-cü ilin dekabrında 25 mlrd. AZM həcmində nizamna kapitalı ilə yaradılıb. İki il ərzində kapiatılın mərhələli artımı nəticəsində bu rəqəm 10,0 mln. manata çatıb. Xalqbank korporativ müştərilərə geniş ceşiddə xidmət və mal təqdim edir. Cari ildə bank Zaqatala və Sumqayitdə filiallar açıb.

Xəbər lenti

Xəbər lenti