...

Xalqbank ipoteka kreditlərinin alınması sistemini sadələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2006 20:00 (UTC +04:00)

İpoteka kreditləşdirməsi proqramı çərçivəsində Xalqbank yerli bazar üçün yeni məhsul olan "ipoteka əmanəti"ni istifadəyə verir. Trend agentliyinin banka istinadən yaydığı məlumata əsasən, ipoteka əmanəti mənzilin alınması məqsədilə ilkin köçürmə hesabına vəsaitlərin toplanması üçün nəzərdə tutulub. Bu, həmçinin, bankda ipoteka kreditinin alınması zamanı müştərilərə müəyyən üstünlük verir.

Hesaba ilkin köçürmə 200 manat, dollar və ya avro təşkil edir ki, bu da mənzil almağı planlaşdıranlar üçün məqbul məbləğdir. Bu əmanətin fərqli cəhəti ondan ibarətdir ki, müştəri özü 10-12% arası faiz dərəcəsi müəyyənləşdirir və həmin dərəcə gələcəkdə ipoteka kreditinin faiz dərəcəsi olacaq.

Bundan əlavə, ipoteka əmanətçisi kredit üçün təqdim etdiyi sorğunun növbədənkənar baxılması hüququnu əldə edir və bəzi komissiya yığımlarından azad olunur.

İpoteka əmanəti manat, dollar və ya avro ilə 12 aylıq müddətə (müqavilənin uzaldılması şərtilə) açıla bilər. Adətən vəsaitlər uzun müddətə götürüldükdə, banklar toplanmış faizləri müştəriyə ödəmir. İpoteka əmanətində isə Xalqbank müştəriyə bütün toplanmış faizləri saxlamağa imkan verir, bir şərtlə ki, həmin vəsaitlər ipoteka əmanətini istifadə etməklə mənzil alınmasına yönəldilir.

Xəbər lenti

Xəbər lenti