...

"Elektrovozostroitel" SC ADDY üçün lokomotivlərin tədarükü üzrə tenderdə qalib gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2006 13:49 (UTC +04:00)

Azərbaycan Dövlət Dəmiryolu (ADDY) üçün yeni lokomotivlərin alışı üçün elan olunmuş tenderin nəticələrinə görə, Tbilisi elektrovoz qayırma zavodunun (TEQZ) istehsalı olan beş lokomotivin alınması haqqında razılıq əldə olunub.

Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, TEQZ-in məlumatında deyilir ki, Azərbaycana VL-10 seriyalı bir elektrovoz və VL-11 seriyalı dörd elektrovoz tədarük ediləcək. Gələcəkdə on lokomotiv tərkibli lokomotiv parkının hər il yenilənməsi, həmçinin 15-20 ədəd teplovoz və elektrovozların əsaslı -bərpa təmiri planlaşdırılır.

Tbilisi elektrovoz qayırma zavodu (hazırda "Elektrovozstroitel" SC) keçmiş SSRİ məkanında daimi cərəyanlı elektrovozların əsas istehsalçısıdır. 2005-ci ilin yanvar ayında Rusiyannın DEMA COMPUTERS LIMITED şirkəti "Elektrovozstroitel" SC-nin 51% səhminin sahibi olub. Şirkət səhm paketinə görə 4 milyon 150 min ABŞ dolları təklif edib.

DEMA COMPUTERS LIMITED şirkəti "Elektrovozstroitel" SC -ni mərhələlər üzrə köklü surətdə təkmilləşdirir, dəzgahları və başqa avadanlıqları tam şəkildə dəyişdirir, həmçinin investisiya proqramını həyata keçirir. Paralel şəkildə müəssisədə müasir menecment sistemini tətbiq edir, yeni texnologiyaları və yeni məhsul növlərini mənimsəyir. DEMA COMPUTERS LIMITED şirkəti 1995-ci ildən hərəkət edən qatarların təmiri və istismarı bazarında çalışır. Müəssisə fəaliyyətinin əsas istiqamətlərinə elektrovoz qayırma zavodları, daimi cərəyanla işləyən yük elektrik qatarları üçün ehtiyat hissələrinin və komplekt avadanlığın tədarükü; daimi cərəyanla və sənaye koksu ilə işləyən elektrovozların Rusiya və digər MDB ölkələrinin bazarlarında satışı daxildir.

Xəbər lenti

Xəbər lenti