...

MDB-də iqtisadi artımın ən yüksək göstəricisi Azərbaycanda qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2006 13:30 (UTC +04:00)

MDB Statistika Komtiəsinin məlumatına görə, 2006-cı ilin yanvar-may aylarında ən yüksək iqtisadi artım göstəricisi Azərbaycanda - 38%, ən aşağı göstərici isə Qırğıızıstanda - 2% qeydə alınıb. Bu barədə Trend xəbər verir.

Ötən ilin analoji dövrü ilə müqayisədə bu dövr ərzində MDB ölkələrində ÜDM-in orta artım, o cümlədən sənaye məhsulları istehsalının artım göstəricisi ayrı-ayrılıqda 6% təşkil edib.

Bundan başqa, inflyasiyanın yüksək səviyyəsi də saxlanılıb. 2005-ci ilin analoji dövrü ilə müqayisədə inflyasiya MDB üzrə 9% təşkil edib. Sənaye məhsulları istehsalçılarının qiymət indeksi demək olar ki, bütün ölkələrdə istehlak qiymətlərini geridə qoyub. Belə ki, MDB üzrə bu göstərici 14% təşkil edib. 2006-cı ilin yanvar-may aylarında əhalinin pul gəlirləri 2005-ci illə müqayisədə inflyasiya artımını geridə qoyub.

Xəbər lenti

Xəbər lenti