...

Tbilisidə "Hasilat sənayesi və enerji tranzitinin şəffaflığı" mövzusunda konfrans başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2006 16:44 (UTC +04:00)

Bu gün Tbilisidə "Hasilat sənayesi və enerji tranzitinin şəffaflığı" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir ki, konfransın təşkilatçıları "Açıq cəmiyyət -Gürcüstan" Fondu və "İctimai maliyyələrin şəffaflığı" İctimai təşkilatlar koalisiyasıdır.

İkigünlük konfransda Azərbaycanın nümayəndə heyətini İnqilab Əhmədov (Public Finance Monitoring Center), Sabit Bağırov (Center for Economic and Political Resesrch), Qubad Bayramov (Economic Resesrch Center), Qalib Əfəndiyev və Fərda Əsədov (OSI Foundation Azerbaijan) təmsil edir.

Konfransda gürcü qeyri-hökümət sektorunun təqdimatı keçirilib, həmçinin Gürcüstanın maliyyə nazirinin müavini "Enerji resusrlarının tranzitindən əldə olunan gəlirin şəffaflığı", "Gürcüstanda donorların koordinasiyası", "Antikorrupsiya fəaliyyət planı" mövzusunda çıxış edib.

Sabah konfransda Qazaxıstan, Azərbaycan, Monqolustan və Qırğızıstanın qeyri-hökümət təşkilatları təqdim ediləcək.

İnqilab Əhmədov Trend in müxbiri ilə söhbət zamanı mülki sektorun, enerji daşıyıcılarının hasilatı və tranzitindən əldə olunan gəlirlərin monitorinqinin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. "Vətəndaş cəmiyyəti bir tərəfdən biznesə, digər tərəfdən isə dövlətə nəzarət etməlidir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti