...

DB-nin nəqliyyat missiyası Bakının nəqliyyat sistemi və tıxacların aradan qaldırılması məsələsi ilə tanış olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2006 14:03 (UTC +04:00)

Dünya bankının şəhər nəqliyyatı üzrə məsləhətçi Riçard Podolskinin rəhbərlik etdiyi missiyası sentyabrın 20-də iki günlük səfərlə Bakıya gəlir. DB-nin Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, Azərbaycan hökuməti Bakı şəhərinin nəqliyyat sisteminin effektivliyinin artırılması və avtomobil tıxaclarıın aradan qaldırılmasına yardım etmək xahişi ilə banka müraciət edib.

Daha əvvəl bank paytaxtın yollarında tıxacların aradan qaldırılması üzrə tədbirlərə texniki yardım, şəhərin nəqliyyat infrastrukturuna, o cümlədən iki dairəvi yol layihələrinin gerçəkləşdirilməsinin davam etdirilməsinə maliyyə və texniki yardım göstərilməsini təklif edib. Yardımın edilməsi ilə bağlı qərar Nəqliyyat Nazirliyinin cəlb etdiyi məsləhətçinin işi ilə tanışlıqdan sonra qəbul olunacaq.

21,5 km uzunluğunda birinci dairəvi yolun inşa dəyərinin dəqiqləşdirilməsi ilə əlaqədar tikinti işlərinə 2006-cı il oktyabrında başlamaq və 2008-ci ilin dekabrında başa vurmaq planlaşdırılır. Aparılmış hesablamalara görə, yolun dəyəri $49,5 mln-dan $51,69 mln-dək bahalaşıb. Əvvəlcə layihənin Küveyt İnkişaf Fondu ($14,9 mln), Əbu-Dabi Ərəb İnkişaf Fondu ($10 mln.) və Azərbaycan hökumətinin ($3,5 mln.) vəsaitləri hesabına gerçəkləşdirilməsi planlaşdırılırdı. Hazırda layihənin bahalaşması ilə əlaqədar əlavə vəsaitlərin dövlət büdcəsindən və ya xarici mənbələrdən (bundardan biri DB krediti ola bilər) cəlb olunması mümkündür.

58 km uzunluğunda ikinci dairəvi avtomobil yolu üzrə layihənin maliyyə mənbələri hələ müəyyən olunmayıb. Belə ki, AzerPassillo firması tərəfindən layihə hazırlanır.

DB-nin Azərbaycan hökuməti ilə tərəfdaşlıq strategiyası çərçivəsində 4 il ərzində infrastruktur laihələrə sərmayələr ildə $200 mln səviyyəsində planlaşdırılır. Bu barədə DB-dəki energetika və infrastruktur sektorunun, Avropa və Mərkəzi Asiya ölkələrinində infrastruktur departamentinin direktoru Piter Tompson 2006-cı il avqustun əvvəlində Bakıya səfəri zamanı bəyan edib.

Xəbər lenti

Xəbər lenti