...

Azərbaycan və Belarusun qiymətli kağızlar bazarlarının inteqrasiya perspektivləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2006 20:26 (UTC +04:00)

Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) bu gün QKDK sədri Gündüz Məmmədovun Belarus Respublikasının fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçlə görüşü olub.

Trend in QKDK-nın məlumatına istinadən xəbər verdiyi kimi, söhbət zamanı Azərbaycan və Belarusun qiymətli kağızlar bazarlarının inteqrasiya perspektivləri, QK bazarının peşəkar iştirakçıları və nizamlayıcılarının qarşılıqlı fəaliyyəti və əməkdaşlığı ilə bağlı vəzifələr müzakirə olunub.

Görüş zamanı Azərbaycan və Belarus arasında QK bazarları sahəsində birgə əməkdaşlığa dair sazişin hazırlanması üçün işçi qruplarının yaradılması və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ilə bağlı razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti