...

Azərbaycanın Salyan rayonunda "quş qripi" ilə mübarizə üzrə regional müşavirə keçirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 15:34 (UTC +04:00)

Bu gün Salyan rayon İcra Hakimiyyətinin (İH) inzibati binasında "quş qripi" ilə mübarizə üzrə regional müşavirə keçirilib. Trend Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyev, onun müavini, respublikanın baş dövlət sanitar həkimi Abbas Iəlibəyov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov, Salyan, Neftçala, Yardımlı rayonlarının icra başçıları iştirak edib.

Müşavirəni açan Oqtay Şirəliyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı "quş qripi" ilə mübarizə çərçivəsində görülmüş işləri müsbət qiymətləndirib. Lakin bununla yanaşı, nazir bu istiqamətdə profilaktik tədbirlərin gücləndirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Onun fikrincə, bu istiqamətdə əhali arasında maarifləndirmə işi lazımi səviyyədə aparılmır, yerli orqanlar Salyan -Astara yolunda ov quşlarının satışına nəzarət edə bilmirlər.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında baytarlıq xidmətinin başçısı İsmayıl Həsənov qeyd edib ki, ötən illə müqayisədə köçəri quşların miqrasiyası 3 dəfə azalıb. Onun sözlərinə görə, virusun yayılma təhlükəsi yalnız mart ayının sonunda azalacaq.

A.Vəlibəyov bildirib ki, yanvarın 27-də Salyanın 37 nöqtəsində çöl quşlarının satışı həyata keçirilib, 14 restoranlardan 12-də ov quşlarından yemək hazırlanıb.

Xəbər lenti

Xəbər lenti