...

PALMALI şirkətinin donanmasına yeni gəmi əlavə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2007 13:47 (UTC +04:00)

Bu gün PALMALI Şirkətlər Qrupunun sifarişi ilə "Krasnoye Sormovo" gəmiqayırma zavodunda (Nijnıy Novqorod) RSD17 layihəsi əsasında inşa edilən beş quru yük gəmisindən sayca üçüncüsünün suya salınma mərasimi keçirilib. Quru yük gəmisi "Şirvan" adlandırılıb. Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir.

Gəminin dedveyti (yük qaldırma qabiliyyəti) 6 350 tondur. Uzunluğu 121,7 metr, eni 16.5 metr, göyərtəsinin hündürlüyü 6.2 metr, su altında qalan hissəsi 5.06 metrdir. Gəmi 14 nəfərlik heyətdən ibarətdir.

Gəminin təntənəli suya salınması mərasimində PALMALI Şirkətlər Qrupunun nümayəndələri, Nijniqorod əyalətinin və "Krasnoye Sarmovo" gəmiqayırma zavodunun rəhbərliyi iştirak edirdi.

PALMALI Şirkətlər Qrupu Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində yük daşınmalarını həyata keçirir. Bunula yanaşı, şirkət Rusiyanın daxili sularında yük daşınmaları üzrə liderdir. Şirkətin donanması kirayə götürülmüş gəmilər də daxil olmaqla 120-dən artıq tanker və yük gəmisindən ibarətdir.

PALMALI əsasən neft məhsulları (benzin, qazoyl, vakumlu qazoyl, yanacaq, ağ neft), xam neft və ərzaq və sənaye yağlarının daşınmasında ixtisaslaşıb. Şirkətə məxsus quru yük gəmiləri həmçinin bütün növ quru yüklərin daşınmasını da həyata keçirir.

Xəbər lenti

Xəbər lenti