...

Azərbaycan Dövlət Statistika Komitəsi 2006-cı ildə özəlləşdirmə prosesinin sürətlənməsini qeyd edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2007 12:50 (UTC +04:00)

Dövlət Statistika Komitəsi Azərbaycanda dövlət əmlkanın özəlləşdirilməsində prosesin sürətləndiyini təsdiq edib. Komitədən Trend ə verilən məlumata əsasən, 2003-cü ildə 1677, 2004-cü ildə - 1954, 2005-ci ildə - 2463, 2006-cı ildə ümumi dəyəri 14,9 milyon manat olan 3063 kiçik müəssisə və obyekt özəlləşdirilib.

Özəlləşdirilmənin əvvəlində ölkədə ümumi məbləği 155,9 milyon manat olan 46181 kiçik müəssisə və obyekt dövlətsizləşdirilib. Onların arasında sənaye sahəsində - 890 obyekt, kənd təsərrüfatında - 123 müəssisə, 505 tikinti şirkəti, 3701 ticarət müəssisi, qida sahəsində 1053 obyekt, 10034 iaşə xidmət obyekti, 19584 nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 180 kommunal təsərrüfat, 9308 digər obyekt özələşdirilib.

Kiçik özəlləşdirmə Naxçıvan MR, şəhərlərdə (Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Əli-Bayramlı) və rayonlarda (Şəki, İsmayıllı, Ağdaş, Abşeron, Zaqatala, Xaçmaz, Quba və Şəmkirdə) nisbətən aktiv olub.

Bununla yanaşı, 2006-cı ildə nizamnamə kapitalı 8,8 milyon manat olan 22 dövlət müəssisəsi səhmdar cəmiyyətə çevrilib. Bu proses Naxçıvan MR, Sumqayıt, Gəncə, Əli-Bayramlı, Xaçmaz, Bərdə və İmişlini əhatə edib. 2007-ci ilin əvvəlində 1094 milyon manat kapitalı olan 1596 dövlət müəssisəsi, həmçinin 371 iri və orta müəssisə səhmdar cəmiyyətə çevrilib.

2006-cı il ərzində səhmlərinin ümumi dəyəri 50,7 milyon manat olan 200 SC auksiona çıxarılmış və realizə olunmuş səhmlərin ümumi məbləği 8,788 milyon manat təşkil edib. Bununla belə qapalı iltizam alınmaqla əmək kollektivi və çek auksionlarında 2,154 milyon manat səhm satılıb. 6,635 milyon manat pul auksionu vasitəsilə, 29,7 min manat dövlət mülkiyyətində qalıb. Ötən il ərzində 397 dövlət müəssisənin nəzdində olan torpaq sahələri özəlləşdirilib. Onların özəlləşdirilməsindən 5,4 milyon manat əldə olunub. Ölkə əhalisi tərəfindən ümumi sahəsi 728,2 min kvadrat metr olan 11,4 min mənzil özəlləşdirilib. Özəlləşdirmənin əvvəlindən 389,5 min mənzil özəlləşdirilib və bu da özəlləşdirilmə üçün nəzərdə tutulmuş mənzillərin 64,1%-ni təşkil edir.

Xəbər lenti

Xəbər lenti