...

PFMC "Kredit layihələrinin monitorinqi" kitabını təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ İctimai Maliyyə Monitorinqi Mərkəzi (İMMM - PFMC) çərşənbə axşamı Bakıda qeyri-hökumət təşkilatları (QHT) üçün nəzərdə tutulmuş "Kredit layihələrinin monitorinqi" kitabının təqdimatını keçirib.

Kitabda dövlət zəmanəti ilə alınmış kreditlərin monitorinqinin aparılması qaydaları, monitorinqin vacibliyi, onun aparılma mərhələləri və kredit monitorinqinin xüsusi incəlikləri əks olunub.

Təqdimatda iştirak edən Azərbaycanın müxtəlif müəssisələrindən olan ekspert və nümayəndələr kitabın strukturunun işlənilməsi ilə yanaşı, adı ilə içindəkilərin uyğun gəlmədiyindən narazılıqlarını bildiriblər.

PFMC rəhbəri İnqilab Əhmədov bildirib ki, bu cür layihə Azərbaycanda ilk dəfədir ki, həyata keçirilir və buna görə də müvafiq bəndlərin hazırlanmasında auditor və bu sahədə çalışan mütəxəssislərin rəyləri nəzərə alınacaq. Planın işlənilməsi 8 ay vaxt aparıb.

Əhmədovun sözlərinə görə, layihə Açıq Cəmiyyət İnstitutu Fondunun dəstəyi ilə həyata keçirilib.

O qeyd edib ki, kitabın növbəti nəşri 8 ay sonra - konkret kredit layihələri üzərində aparılan təcrübədən sonra gözlənilir.

Xəbər lenti

Xəbər lenti