...

Azərbaycanın Əmək Nazirliyi Neftçalada əmək yarmarkası keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın Neftçala rayonunda keçirilən əmək yarmarkasının nəticəsində 62 nəfər işlə təmin olunub. Bu barədə bazar ertəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş məşğulluq İdarəsindən bildiriblər.

Yarmarkada 31 müəssisə, o cümlədən 15 özəl şirkət iştirak edib. Onlar 173 vakant yer təklif edib. 19 nəfər hazırlıq kurslarına göndərilib, 9 nəfər isə ödənişli ictimai işlərə cəlb olunub.

İlin əvvəlindən keçirilən beş əmək yarmarkası nəticəsində işə 519 nəfər işə qəbul olunub. Hazırlıq kurslarına 61 nəfər, ödənişli ictimai işlərə 55 nəfər göndərilib. Yarmarkada iştirak edən şirkətlərin sayı 258 təşkil edib. Onlar 2388 vakant yer təqdim edib. Növbəti əmək yarmarkaları iyunun 6-da Ağstafada, iyunun 7-də Qaxda və iyunun 8-də Salyanda keçiriləcək.

2006-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin müxtəlif bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında 40-dan çox yarmarka keçirib. Nəticədə 7,8 min nəfər işlə təmin olunub.

Xəbər lenti

Xəbər lenti