...

Azərbaycan Sığortaçılar Assosiyasiyasının rəhbəri: Azərbaycanın sığorta bazarının illik artımı 35%-ə çatır (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2007 17:23 (UTC +04:00)
Azərbaycan Sığortaçılar Assosiyasiyasının  rəhbəri: Azərbaycanın  sığorta bazarının illik artımı 35%-ə çatır (video)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının sədri, "Standard Insurance" sığorta şirkətinin baş direktoru Kamal İbrahimovun Trend ə müsahibəsi:

- Azərbaycan Sığortaçıar Assosiasiyasının fəaliyyətindən nə gözləyirsiniz?

- Assosiasiyanın əsas məqsədi sığortanın inkişafıdır. Assosiasiyanın qarşısında Azərbaycanın sığorta bazarının gələcəkdə aktivləşdirilməsi dayanır. Bu bazarın illik atımı orta hesabla 30-35% təşkil edir, amma hələ də ölkə əhalisinin xeyli hissəsi sığorta prosesinə cəlb olunmayıb. Bu, inkişaf etdirilməsi vacib olan real bazadır. Azərbaycan Sığortaçılar Assosiasiyası sığortanın hər bir vətəndaşın gündəlik həyatına daxil olması üçün əlindən gələni edəcək.

- Assosiasiya ilkin olaraq hansı addımları atacaq?

- Assosiasiyanın ilk iclası keçirilib və icraçı direktor təyin edilib, müfəttiş komissiyası və müşahidə şurası seçilib. Müşahidə şurası yalnız bir dəfə iclas keçirib və biz bu iclasda gələcək 2-3 il üçün nəzərdə tutulan fəaliyyət planını müzakirə etmişik, Assosiasiyanın məqsədinə doğru irəliləməsi məqsədilə hansı addımların atılmasının vacib olduğunu müəyyənləşdirmişik.

Assosiasiyanın vəzifəsinə maarifləndirici fəaliyyət, sığorta bazarında yerli və xarici ekspertlərin cəlb edilməsi ilə məşğul olan şəxslərlə dövrü olaraq treyninqlərin keçirilməsi daxildir.

Biz həmçinin universitet rektorları ilə tələblər üçün xüsusi təlim və məşğələlərin təşkil olunması bərədə razılığa gəlmək və mütləq sığotra növlərinə birbaşa əlaqəsi olan dövlət xidmətləri, yəni polis və yanğın xidməti ilə dövrü olaraq görüşlərin keçirilməsini planlaşdırırıq. Assosiasiyanın bu strukturlarla daimi əlaqəsi sığorta məhsullarının reallaşmasını genişləndirməyə və ümumilikdə sığorta sistemini təkmilləşdirməyə imkan verəcək. Assosiasiyanın digər vəzifəsi sığorta bazarının iştirakçıları üçün ixtisaslaşmış tədris mərkəzinin yaradılmasıdır.

Bu mərkəzlərin yaradılmasında bizə sığorta bazarında yüksək ixtisaslı kadrların olmasında maraqlı olan Maliyyə Nazirliyi də maraqlıdır.

Assosiasiyanın planlarına sığorta qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təklifin işlənib hazırlanmasına dair aktiv işin aparılması daxildir. Ölkənin bütün sığorta şirkətlərinin daxil olduğu Assosiasiya sığorta fəaliyyəti üçün lazım olan qanun və qaydaların yaradılmasında iştirak edəcək.

Assosiasiyanın daxilində hüqüqi komitə və şöbələr yaradılacaq ki, onların da hər biri sığortanın bu və ya digər konkret növü, sığortaçı və sığorta olunanlar tərəfindən daxil olan şikayət və təkliflərin qəbulu və baxılması ilə məşğul olacaq. Assosiasiyanın işində həmçinin xarici fəaliyyətin aparılması da planlaşdırılır. Artıq gələn il biz beynəlxalq regional konfrans keçirməyi planlaşdırırıq, düzü, bu məsələ Müşahidə şurasının bütün üzvləri ilə müzakirə edilməyib. Bu beynəlxalq konfransın keçirilməsində məqsəd xarici sığorta, təkrar sığorta və broker şirkətlərinin birbaşa cəlb edilməsini təmin etməkdir və bu şirkətlər üçün biz Azərbaycanın sığorta bazarındakı mühitlə yaxından tanış olmaları üçün imkan yaradacağıq.

- Assosiyasiya parlamentin payız sessiasında qəbul olunacağı planlaşdırılan sığorta haqqında qanundan nə gözləyir?

- Assosiasiya sığorta şirkətiləri tərəfindən yaradılıb və onun əsas məqsədlərindən biri bütün şirkətlərin maraqlarının müdafiəsidir. Biz qanunun bazarın iştirakçılarını sığorta sahəsində effektiv iş məqsədilə tam müdafiə etməsində maraqlıyıq. 90-cı illərin əvvəlində qəbul olunan sığorta haqqında qanun artıq köhnəlib və hazırkı dövrün iqtisadi standartlarına cavab vermir

Yeni qanuna gəldikdə isə, bu, çox həcmli olacaq. Əsası odur ki, qanun həm sığortaçıların, həm də sığorta olunanların maraqlarına uyğun olsun.

- Siz sığorta şirkətlərinin daxili cəhətdən inkişaf etmələri məqsədilə onlara necə kömək etməyə hazırlaşırsınız?

- Assosiasiya yerli və xarici sığorta, təkrar sığorta və broker şirkətləri arasında körpü rolu oynayacaq. Biz bu və ya digər şirkət üçün investisiyalar cəlb etmək məqsədilə konkret tədbirlər görməyi planlaşdırmırıq, lakin yerli şirkətlər üçün xarici investorlara çıxış əldə etmək məqsədilə şərait yaratmağa çalışacağıq.

Belə şərait, məsələn, beynəlxalq treyninqlər və seminarlar zamanı yaradılacaq. Bundan əlavə , əgər hər hansı bir sığorta şirkəti bizə yardım göstərilməsi ilə bağlı müraciət edərsə, biz mütləq həmin şirkəti dəstəkləyəcəyik. Qeyd etmək istərdim ki, Assosiasiya özü qeyri-kommersiya təşkilatıdır, amma onun yaradılmasında əsas məqsədlərdən biri ölkəmizdə sığorta biznesinin inkişafına yardım göstərməkdən ibarətdir.

Biz öz işimizə Azərbaycanın bütün sığorta şirkətlərini cəlb etməkdə maraqlıyıq.

Xəbər lenti

Xəbər lenti