...

MDB Statistika Komitəsi Azərbaycanda yükdaşımaların azalmasını bildirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ 2007-ci ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə MDB ölkələri üzrə nəqliyyat müəssisələrində yükdaşımalar (boru kəmərlərsiz) 7 faiz, yük dövriyyəsi 9 faiz artıb. Bu barədə MDB Statistika Komitəsinin məlumatında göstərilib.

Beş ay ərzində daha çox Rusiyada yük daşınıb - 794,3 mln. ton. Bu dövr ərzində yükdaşımaların artımı daha çox Moldova - 121,5 faiz və Tacikistanda - 121 faiz müşahidə olunub. Yükdaşımaların artımında ən aşağı göstərici Rusiyada qeydə alınıb - 105,3 faiz. Azərbaycanda yükdaşımaların 99,1 faizə qədər azalması müşahidə olunub.

Yük dövriyyəsinin daha böyük artımı Qırğızıstanda - 135,4 faiz, ən aşağı isə Qazaxıstanda - 107,1 faiz qeydə alınıb. Statistika Komitəsinin məlumatına əsasən, yük dövriyyəsinin azalması Moldovada - 97,1 faiz və Azərbaycanda - 90,2 faiz qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti