...

Azərbaycanın sığorta şirkətləri yanğından sığorta üzrə xidmətlərin satışının xeyli artdığını bildirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2007 18:31 (UTC +04:00)
Azərbaycanın sığorta şirkətləri yanğından sığorta üzrə xidmətlərin satışının xeyli artdığını bildirirlər

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Azərbyacanın sığorta şirkətləri yanğınlardan sığorta üzrə xidmətlərin satışının xeyli artdığını bildirirlər. "Trenl Capital"a çərşənbə axşamı ölkənin sığorta şirkətləririn sorğuda iştirak edən nümayəndələrinin verdiyi məlumata görə, yanğından sığorta üzrə xidmətlərin satışının nəzərəçarpacaq dərəcədə artımı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin fəaliyyətə başlamasından sonra müşahidə olunub. FHN-nin nizamnaməsi 2006-cı ilin fevralında qəbul olunub.

FHN-nin əməkdaşları müntəzəm olaraq yanğın təhlükəsizliyi qaydalarına əməl olunması ilə bağlı özəl və dövlət strukturlarında yoxlamalar aparırlar.

"Yanğından könüllü sığorta üzrə xidmətlərin satışı demək olar ki, yanğın təhlükəsizliyi qaydalarının nazirlik tərəfindən fəal olaraq tənzimlənməsi ilə on dəfə artıb" - deyə "Era-Trans" sığorta şirkətinin direktor müavini İsmayıl Məhərrəmov bildirib.

"Azər Asiya" şirkətinin idarə heyətinin sədri Qəmbər Suvanverdiyevin sözlərinə görə, yanğınlardan sığorta üzrə xidmətlərin satışı son aylar ərzində təxminən 30% artıb.

"Son aylar ərzində Azərbacanın sığorta bazarında yanğınlardan sığorta üzrə xidmətlərin satışının artımı müşahidə olunur" - deyə "Standard Insurance" şirkətinin idarə heyətinin sədr müavini Aydın Rəhmanov təsdiq edib.

Sorğuda iştirak edən müsahiblərin sözlərinə görə, əhali tərəfindən də sığortanın bu növünə xeyli maraq göstərilir. Azərbaycanda 29 sığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti