...

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri Azərbaycanda nüvə-sınaq reaktorunun tikilməsi üçün planlaşdırılan yeri söyləyib

Energetika Materials 26 Sentyabr 2007 14:43 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri Azərbaycanda nüvə-sınaq reaktorunun tikilməsi üçün planlaşdırılan yeri söyləyib

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbəri Mahmud Kərimov Azərbaycanda ilk nüvə-sınaq reaktorunun tikilməsi üçün planlaşdırılan yeri söyləyib.

"Təqribən yer Bakı Sumqayıt yolunda müəyyənləşdirilib" - deyə çərşənbə günü Kərimov jurnalistlərə bildirib.

AMEA rəhbəri bildirib ki, 19-21 sentyabrda Vyanada keçirilən toplantıda MAQATE Azərbaycanda nüvə-sınaq reaktorunun tikilməsi təklifini bəyənib və maliyyə yardımı göstərəcək. Kərimovun sözlərinə görə, nüvə reaktorunun tikintisi 2009-2011-ci illərə planlaşdırılıb. Reaktorun gücü 1 MVt-dan çox olacaq.

Kərimov bildirib ki, atom elektrik stansiyasının alternativi yoxdur. Əvvəlcə atom elektrik stansiyalarından imtina edən bir çox ölkələr indi AES tikmək üçün rəqabətə girirlər. O qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda elektrik stansiyasının tikilməsi planlaşdırılmır.

"Nüvə elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparılmır" - deyə Kərimov söyləyib.

Xəbər lenti

Xəbər lenti