...

Türkiyə prezidenti: " Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb"

Energetika Materials 1 Noyabr 2007 18:11 (UTC +04:00)

Türkiyə, Ankara / Trend , müxbir A.İsmayılova/ Türkiyə prezidenti Abdullah Gül cümə axşamı Ankarada Azərbaycanlı jurnalistlərələ görüş zamanı bildirib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb. O, bunu Türkiyə və İraq sərhəddində yaranan gərgin vəziyyəti və PKK ilə aparılan mübarizəni şərh edərkən bildirib.

"Energetika layihələrinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı heç bir şübhə yoxdur" - deyə Türkiyə prezidenti söyləyib.

Gülün sözlərinə görə, boru kəmərlərinin təhlükəsizliyi, Türkiyədə olduğu kimi, Azərbaycan və Gürcüstanda da təmin olunur.

PKK 1984-cü ildən Türkiyənin cənub-şərqində müstəqil kürd dövləti uğrunda silahlı mübarizə aparır.

Bu dövr ərzində toqquşmalar nəticəsində , regionda 37 mindən yuxarı adam həlak olub. Vəziyyət kürd döyüşçülərinin dağ rayonlarında yerləşən düşərgələrindən - İraqın Şimalından Türkiyə ərazisinə bir sıra hücumlar təşkil etməsindən sonra qızışdı. Türkiyə bunun cavabında İraqla sərhəddə qoşun yerləşdirdi və terrorçularla mübarizə aparmaq üçün onun ərazilərinə daxil olmaq mümkünlüyünə dair bəyanat verdi.

Dörd mlrd. dollardan çox dəyəri olan BTC neft kəməri "Azəri-Çıraq-Günəşli" dəniz yatağı blokundan hasil edilən Azərbaycanın yüngül neftinin ixracı üçün tikilib. Onun gücü ildə 50 mln. ton neft təşkil edir.

Xəbər lenti

Xəbər lenti