Azərbaycan, Bakı, 16 yanvar / Trend / 2007-ci ildə "Azərenerji" Səhmdar Cəmiyyəti (SC) dövlət büdcəsinə 77 mln. manat köçürmə edib ki, bu da 2006-cı ildəki göstəricidən 3,8 dəfə çoxdur. Bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib.
2007-ci ilin dekabrında dövlət büdcəsinə 7 mln. manat köçürülüb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 3,2 dəfə çoxdur.
Büdcəyə vəsait köçürmələrinin artması yanvarın əvvəlində "Azərenerji"nin istehsalçısı olduğu elektrik enerjisinin ümumi dəyərinin bahalaşması, həmçinin sayğacların quraşdırılması və abonentlərə tədarük olunan elektrik enerjisi üzrə yığılmaların çoxalması ilə əlaqədardır.