...

Azərbaycanın Dövlət Neft Şirkəti yeni dəniz platformasının tikintisini başa çatdırıb

Energetika Materials 2 Aprel 2008 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir E.İsmayılov/ Azərbaycanın Dövlət Neft Şirkəti "Neft Daşları" dəniz yatağında quraşdırılacaq yeni ptatformanın tikintisinibaşa çatdırıb. Bu barədə ARDNŞ-nin məlumatında deyilir. Platformada 12 quyu qazılacaq.

"General Əlağa Şıxlinski" üzən kranı vasitəsilə "Neft Daşları" yatağına Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilmiş 2415 №li ikibloklu platformanın birinci bloku çatdırılıb. O, suyun 23m dərinliyində quraşdırılacaq.

Quraşdırma işlərindən sonra kran ikinci blokun nəqli üçün zavoda qaytarılacaq. İkinci blokun tikintisi də artıq başa çatıb. O, birinci platformanın 20 metrliyində yerləşdiriləcək və onunla körpü vasitəsitlə birləşdiriləcək.

ARDNŞ geoloqlarının qiymətləndirməsinə görə, "Neft Daşları" yatağında neftin qalıq həcmi 30 mln.ton təşkil edir. Yataqdan hasil olunan nefti 2010-cu ilədək artırmaqdan ötrü ARDNŞ 78 quyu qazmaq və yeni platformalar quraşdırmaq fikrindədir.

Son illər "Neft Daşları" yatağında iki platforma istismara verilib. Onlardan biri beş bloklu, 36 quyu üçün nəzərdə tutulan1887№ li platforma, ikincisi isə, 12 quyu üçün nəzərdə tutulmuş 2387 №li platformadır. Bu platformalardan intensiv qazma başlanılıb, artıq 11 yeni quyu istismara verilib.

Bu il 12 quyunun qazılması üçün "Neft Daşları"nda 2521 № li daha bir quyunun istismara verilməsi nəzərdə tutulub.

Ümumilikdə "Neft Daşları" yatağında 20 quyu qazılacaq.

Xəbər lenti

Xəbər lenti