...

Azərbaycana elektrik enerjisinin idxalı xeyli azalıb

Energetika Materials 16 Oktyabr 2008 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend / 2008 - ci ilin yanvar - avqustunda Azərbaycana 211,3 mln. kVt/saat elektrik enerjisi idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə, 69,2 faiz azdır. İdxal edilən elektrik enerjisinin dəyəri təxminən $8,2 mln. təşkil edib. Bu, ötən ilin səkkiz ayı üzrə göstəricidən 59,9 faiz azdır.

2008 - ci ildə idxal edilən məhsulların ümumi həcmindən təxminən $19 mln. dəyərində (2007 - ci illə müqayisədə 33,4 faiz az) 615,1 min ton (16,8 faiz çox) sement klinkerlərinin payına düşür.  İdxal edilən sementin həcmi 830 min ton (30,3 faiz çox), dəyəri $35 mln.- dan çox (12,5 faiz çox) olub.

Yanvar - avqust ərzində Azərbaycana 430,8 min qaz, su və elektrik sayğacı idxal edilib ki, bu da 2007 - ci ilin yanvar - avqustu ilə müqayisədə, 38,1 faiz azdır. İdxal edilmiş sayğacların dəyəri təxminən $24 mln. təşkil edib ki, bu da ötən ilin göstəricilərindən 14,2 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti